Bank Of Baku

İSESCO və TÜRKSOY rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb

İSESCO və TÜRKSOY rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb
# 08 aprel 2011 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində TÜRKSOY və İSESCO təşkilatları arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. APA-nın məlumatına görə, sənədə İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri və TÜRKSOY təşkialtının baş katibi Düsen Kaseinov imza atıblar.

İmzalanma mərasimindən sonra hər iki təşkilat rəhbərləri birgə əməkdaşlığın yüksək səviyyədə həyata keçiriləcəyini əminliklə vurğulayıb. D. Kaseinov İSESCO rəhbərinə bu cür əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və ona təşəkkürünü bildirib.

Qarşılıqlı əməkdaşlıq protokoluna əsasən İSESCO və TÜRKSOY arasında mədəni layihələr və bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR