Bank Of Baku

Azərbaycanla Latviya arasında mədəniyyət sahəsində tədbirlər planı hazırlanacaq

Azərbaycanla Latviya arasında mədəniyyət sahəsində tədbirlər planı hazırlanacaq
# 08 aprel 2011 11:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Formu çərçivəsində Latviyanın mədəniyyət naziri Sarmite Elerte ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında üç illik tədbirlər planı hazırlanması qərara alınıb. Hazırlanacaq əməkdaşlıq sənədində musiqi kollektivləri arasında mübadilə, kitabxana-informasiya sahəsində əməkdaşlıq, qeyri-maddi irs sahəsində təcrübə mübadiləsi məsələlərinin yer alacağı gözlənilir.

Azərbaycanlı nazir Latviya ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qonağın diqqətinə çatdırıb. S. Elerte isə Bakıda belə bir tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR