Bank Of Baku

Azərbaycan və Bolqarıstan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan və Bolqarıstan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb
# 08 aprel 2011 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və Bolqarıstan mədəniyyət nazirləri arasında mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb. APA-nın məlumatına görə, sənədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov imza atıb.

Ə. Qarayev bildirib ki, forum çərçivəsində bir neçə ölkə ilə ikitərəfli sazişlər imzalanacaq. Bolqarıstanla imzalanan sazişin əhəmiyyətindən danışan nazir, bu ölkə ilə həm tarixi münasibətlərin, həm də mədəniyyət əlaqələrinin mövcud olduğunu söyləyib: “Hesab edirəm ki, bu müqavilə ilə iki ölkə arasında mədəniyyət mübadiləsi daha da genişlənəcək. Bununla yanaşı, hər iki ölkədə həyata keçiriləcək tədbirlərin keyfiyyətində və kəmiyyətində də irəliləyiş olacaq”.

V. Rəşidov isə sazişin Azərbaycanda imzalanmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycana ilk dəfə gəldiyini və ölkəni çox sevdiyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR