Bank Of Baku

Azərbaycanla İordaniya arasında mədəniyyət sahəsində 2011-2013-cü illərdə əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycanla İordaniya arasında mədəniyyət sahəsində 2011-2013-cü illərdə əməkdaşlığa dair sənəd imzalanıb
# 08 aprel 2011 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanla İordaniya arasında 2011-2013-cü illərdə mədəniyyət sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. APA-nın məlumatına görə, sənədə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İordaniya Haşimilər Krallığının mədəniyyət naziri Tariq Səlim Masarva imza atıb.

İmzalanmadan sonra hər iki nazir qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. İordaniyalı qonaq Azərbaycanın çox zəngin mədəniyyətə malik olduğunu söyləyib və bu mədəniyyətin İordaniyada təbliğatı yönündə lazımi layihələrin həyata keçiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR