Bank Of Baku

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - FOTO

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - <font color=red>FOTO</font>
# 08 aprel 2011 17:29 (UTC +04:00)
Nazir bildirib ki, bu forum beynəlxalq təşkilatların böyük marağına səbəb olub: “İki gün davam edən forum artıq tarixdir. Prezident İlham Əliyevin forumun açılışında iştirakı və birinci ledi Mehriban Əliyevanın forumda çıxışı bu tədbirə xüsusi əhəmiyyət verdi”.

Ə.Qarayev qeyd edib ki, tədbirdə 80 ölkədən 450-yə yaxın qonaq iştirak edib: “Bu tədbir göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoq aparmağı öz siyasətində əsas istiqamət kimi görür. Tədbir çərçivəsində bir sıra maraqlı layihələr, o cümlədən “Şəhərlərin mədəniyyətlərarası dialoqa qoşulması müzakirə olunub. Bu layihə göstərir ki, şəhərin sakinləri dialoqa hazırdırlar və insanlar münaqişə istəmir. Gənclər tərəfindən irəli sürülən təkliflər foruma xüsusi rəng qatdı. Əminəm ki, belə tədbirlər hər il keçiriləcək və ildən-ilə daha da təkmilləşdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR