Bank Of Baku

Azərbaycanlı rəssam Sakit Məmmədova “Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki” üzvlük vəsiqəsi təqdim olunub

Azərbaycanlı rəssam Sakit Məmmədova “Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki” üzvlük vəsiqəsi təqdim olunub
# 09 aprel 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanın əməkdar rəssamı, UNESCO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədova “Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki” üzvlük vəsiqəsi təqdim olunub.

APA-nın məlumatına görə, üzvlük vəsiqəsinin təqdimetmə mərasimi Bakıda Gülüstan Sarayında keçirilən “MDB ölkələrinin mədəniyyətlərarası dialoqda ənənələri və prespektivləri: Mədəniyyət, təhsil və kommunikasiya” mövzusunda keçirilən iclas çərçivəsində baş tutub.

İlcasda iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüoğlu Sakit Məmmədovun bu fəxri üzvlüyə Rusiya paytaxtında keçirilən “Ənənələr və müasirlik” Beynəlxalq İncəsənət Festivalında layiq görüldüyünü deyib. Fəxri üzvlük vəsiqəsini azərbaycanlı rəssama iclasda iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və SSRİ xalq rəssamı Tahir Salahov təqdim edib.

Qeyd edək ki, beynəlxalq festivalda Sakit Məmmədov həmçinin ən yaxşı sənət əsəri ustası kimi iki nominasiyasında qalib gəlib. Bunlar “ənənələrin və müasirliyin saxlanılması” və “dəstixəttin orijinallığı və stilin individuallığı” nominasiyaları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR