Azərbaycan və İraq arasında mədəniyyət sahəsində Anlaşma Memorandumu imzalanıb – FOTO

Azərbaycan və İraq arasında mədəniyyət sahəsində Anlaşma Memorandumu imzalanıb – <font color=red>FOTO </font>
# 09 aprel 2011 12:09 (UTC +04:00)
APA-nın məlumatına görə, iki ölkə arasında imzalanan Anlaşma Memorandumu mədəniyyət sahəsində əməkdaşlığa həsr olunub. İmzalanma mərasimi Azərnaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İraqın mədəniyyət nazirinin müavini Tahir Nasir Mahmud Əl Hamud arasında baş tutub.

Ə. Qarayev ilk əvvəl İraq hökumətinə və Mədəniyyət Nazirliyinə Azərbaycanda iki gün ərzində keçirilən bu foruma göstərdikləri dəstəyə və önəmə görə təşəkkürünü ünvanlandırıb. Hazırda İraq xalqının çox mürəkkəb bir dönəmdə yaşadığını diqqətə çatdıran azərbaycanlı nazir, bu çətin dönəmə baxmayarq İraq mədəniyyətinin hər zaman inkişaf etdiyini deyib.

Tahir Nasir Mahmud Əl Hamud öz növbəsində bu sənədin imzalanmasını vacib addım kimi qiymətləndirib: “Azərbaycanın islam mədəniyyəti və sivilizasiyasının inkişafında böyük xidmətləri var. Bağdad da vaxtilə İslam Xilafətinin paytaxtı olub. Doğrudur İraq bu gün çox ağır mərhələni keçir və dözümlü xalq olduğunu göstərir. Ən ağır dövrdə belə İraqın mədəniyyət xadimləri öz fəaliyyətlərini dayandırmayıblar”.

İraq mədəniyyət nazirinin müavini onu da bildirib ki, ölkəsinin teatrında çalışan aktyorlar hər gün gülləbaran altında işləyir və heç nədən qorxmurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR