Bank Of Baku

Azərbaycanın «Miras» sənədli filmi Rusiyada keçirilən beynəlxalq kinofestivalında iştirak edəcək

Azərbaycanın «Miras» sənədli filmi Rusiyada keçirilən beynəlxalq kinofestivalında iştirak edəcək
# 09 aprel 2011 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun «Miras» sənədli filmi aprelin 10-dan 15-dək Rusiyanın Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq sənədli filmlər kinofestivalın əsas - müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. F.Əhmədovun APA-ya verdiyi məlumata görə, festivalın əsas proqramında 23 sənədli film mükafatlar uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanla yanaşı Rusiya, Belarus, İtaliya, İspaniya, Çin, Fransa və digər ölkələr təmsil olunur.
Festivalın münsiflər heyətinə məşhur rusiyalı kinoşunas və aparıcı kino tənqidçilərindən biri olan Kirill Razloqov rəhbərlik edəcək.
Azərbaycanı təmsil edən filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə «Bir addım» film studiyasında istehsal olunub və artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
Xatırladaq ki, «Miras» sənədli filmi 2010-cu ilin oktyabrında Moskvada keçirilən beynəlxalq kinofestivalda «Kinematoqrafiya sənətinə sədaqətə görə» diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə «Maarif» diplomuna layiq görülüb.
F.Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.Proşkinin emalatxanasında təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR