Bank Of Baku

Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı hazırlanan xüsusi Dövlət Proqramı Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı hazırlanan xüsusi Dövlət Proqramı Nazirlər Kabinetinə təqdim olunub
# 11 aprel 2011 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı hazırlanan xüsusi Dövlət Proqramı Nazirlər Kabinetinə təqdim olunub. APA-nın məlumatına görə, bu barədə APA-ya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir qeyd edib ki, ən pis vəziyyətdə olan, konservasiyası və saxlanılması üçün lazımi işlər görülməsi vacib olan tarixi abidələrin siyahısı müəyyənləşdirilib: “İnanıram ki, bu sənəd yaxın vaxtlarda bütün təhlillər aparılandan sonra təsdiqlənəcək. Dövlət tərəfindən pis vəziyyətdə olan abidələrin saxlanılması üçün və növbəti mərhələdə hansının turist maraqları üçün istifadə olunması, turist axınının təşkili üçün yararlı olacaqsa, biz onu təşkil edəcəyik. Kütləvi turistlər üçün böyük maraq kəsb etməyən abidələrin isə sadəcə konservasiyası ilə məşğul olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR