Bank Of Baku

Lüdviq Nobelin varisləri Azərbaycan haqqında çoxsaylı tarixi sənədləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim ediblər - FOTOSESSİYA

Lüdviq Nobelin varisləri Azərbaycan haqqında çoxsaylı tarixi sənədləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim ediblər - <font color=red>FOTOSESSİYA</font>
# 11 aprel 2011 12:29 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Peter Oleinikoff, Anna Oleinikoff, Nils Oleinikoff, İren Oleinikoff, Filip Nobel, eləcə də Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov iştirak edib. Nobel ailəsinin nümayəndələri Əbülfəs Qarayevə Azərbaycanla bağlı çoxsaylı tarixi materiallar və fotoşəkillər təqdim ediblər.

Ə. Qarayev Lüdviq Nobelin kiçik qardaşı Alfred Nobelin adına təsis olunmuş mükafatın dünyada ən şərəfli mükafat olduğunu söyləyib: “Nobel mükafatına layiq görülmüş insanlar demək olar ki, bəşəriyyətin qaymaqlarıdır. Bu ailənin son illər Azərbaycanla əlaqələrinin bərpa olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda Bakı Nobel İrsi Fondu təsis olunub. Bu fond vasitəsilə onların tikdikləri və yaşadıqları ev – “Villa petrole” tapıldı, bərpa olundu, hazırda ora muzeydir və qəbullar, tədbirlər üçün fəaliyyət göstərir. Orada bu ailəyə məxsus çoxsaylı tarixi əşyalar nümayiş olunur”.

Nazir qonaqların Azərbaycan muzey şəbəkəsi üçün qiymətli tarixi sənədlər təqdim etdiklərini bildirib: “Bu sənədlər bir əsrdən artıqdır ki, saxlanılır. Təqdim olunan sənədlər arasında Bakının bizim arxivlərimizdə mövcud olmayan şəkilləri, neft sənayesinin inkişafı ilə bağlı materiallar mövcuddur”.

Bu hadisəni Azərbaycan üçün böyük töhfə adlandıran Ə. Qarayev bununla əlaqədar işçi qrup yaradılacağını deyib. Onun sözlərinə görə, qrupda alimlər və tarixçilər sənədlərə birgə baxaraq təhlilini aparacaqlar. Müəyyən bir vaxtdan sonra isə bu tarixi sənədlər ictimaiyyətə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR