Bank Of Baku

Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək

Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək
# 14 aprel 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş uşaq rəqs kollektivlərinin respublika müsabiqəsini keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi və inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə təşkil olunacaq.
Müsabiqə 5-15 noyabr tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda baş tutacaq. Yarışmada iştirak edən rəqs kollektivlərinin tərkibi 8 -16 nəfər, iştirakçıların yaş həddi 7-15 yaş olaraq müəyyənləşdirilib.
Qaliblər və fərqlənən kollektivlər üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman, pul mükafatları təsis edilib. Qalib rəqs kollektivləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsertdə çıxış etməyə dəvət olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR