Bank Of Baku

“Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsinə layihələrin qəbulu ayın sonunda başa çatacaq

“Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsinə layihələrin qəbulu ayın sonunda başa çatacaq
# 14 aprel 2011 12:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsinə layihələrin qəbulu davam edir. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər.

Layihənin smeta dəyəri 30 min manatdan yuxarı olmamalı, eyni zamanda rejissorun da yaşı 35-i keçməməlidir. Layihələrin qəbulu aprelin 30-da başa çatacaq. Qalib layihələrin adları mayın ilk ongünlüyündə açıqlanacaq. Beş ən yaxşı layihə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR