Bank Of Baku

İtaliyanın Azərbaycandakı səfiri gənc solistlər Emin Eminzadə və İslam Qasımovla görüşüb - FOTO

İtaliyanın Azərbaycandakı səfiri gənc solistlər Emin Eminzadə və İslam Qasımovla görüşüb - <font color=red>FOTO</font>
# 15 aprel 2011 08:12 (UTC +04:00)
Bakı – APA. İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi Dünya Azərbaycanlıları Konqresi həmsədrlərinin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emini, onun oğlu, fevralın 13-də Bakıda konsert verən dünya şöhrətli italyan tenor Robertino Lorettini gözəl səsiylə heyrətləndirən Emin Eminzadəni, digər gənc solist İslam Qasımovu və Emin Eminzadənin müəlliməsi, Azərbaycan Milli Konservatoriyanın dosenti Məryəm Babayevanı qəbul edib. DAK-dan APA-ya verilən xəbərə görə, diplomat Azərbaycanda bu cür istedadlı uşaqların mövcudluğundan məmnunluğunu, onların gələcəkdə böyük sənətkar olacaqlarını, İtaliya musiqisinə bu qədər yaxından bələd olmalarından çox sevindiyini vurğulayıb. Mario Baldi deyib ki, Emin Eminzadə və İslam Qasımov çox istedadlı uşaqlardır, ona görə də gələcəkdə İtaliyada hər hansı müsabiqə keçiriləcəyi təqdirdə böyük məmnuniyyətlə onların orada iştirakına yardımçı olacaq.

Sonda Emin Eminzadənin Robertino Lorettinin Heydər Əliyev Sarayındakı solo konsertində oxuduğu “Jamayka” mahnısı dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR