Bank Of Baku

Azərbaycanın Londondakı səfiri Böyük Britaniyanın iş adamları ilə görüşüb

Azərbaycanın Londondakı səfiri Böyük Britaniyanın iş adamları ilə görüşüb
# 19 aprel 2011 22:15 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, səfir Böyük Britaniya iş adamları qarşısında çıxış edərək, Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və bu sahədə əldə olunan uğurlar, ölkənin işgüzar mühit və onun təkmilləşdirilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş iqtisadi islahatlar haqqında iştirakçılara ətraflı məlumat verib. F.Qurbanov Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə mühüm önəm verdiyini qeyd edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırki səviyyəsi və onun daha da inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.
Səfir tədbirdə iştirak edən şirkətlərin ölkəmizə marağını alqışlamış və onları ölkəmizdə özlərinə biznes tərəfdaşları tapmağa dəvət edib. Həmçinin, Azərbaycanda iqtisadi imkanlara dair yaxın zamanda Londonda və Bakıda keçiriləcək tədbirlər haqqında Böyük Britaniya iş adamlarına məlumat verilib.
Çıxış tədbir iştirakçılarının marağına səbəb olmuş və məruzəçi tərəfindən onların çoxsaylı sualları cavablandırılıb. Görüş iştirakçılarına ölkəmizdəki işgüzar mühit və iqtisadi imkanlara dair məlumat kitabçaları paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR