Bank Of Baku

Füzuli Dövlət Dram Teatrı üçün yeni bina inşa olunacaq

Füzuli Dövlət Dram Teatrı üçün yeni bina inşa olunacaq
# 19 aprel 2011 23:16 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Füzuli rayonunda yeni mədəniyyət obyektlərinin tikilməsi nəzərdə tutulub. Bu barədə APA-nın Qarabağ bürosuna Füzuli Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi Füzuli rayonu ərazisində Mərkəzi Kitabxana Sistemi, Böyük Bəhmənli kənd uşaq musiqi məktəbi üçün yeni inzibati binaların inşası, eləcə də, rayon ərazisində geniş otel kompleksinin tikintisi nəzərdə tutulur.
E. Məmmədovun APA-ya bildirib ki, Füzuli RİH yaxın gələcəkdə Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrı üçün yeni binanın tikintisini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR