Bank Of Baku

Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində təlim keçirilir

Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində təlim keçirilir
# 21 aprel 2011 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində “Sərgi” təlimi keçirilir. APA-nın məlumatına görə, bu təlim Avropa Komissiyası və Almaniya hökuməti tərəfindən maliyyələşdirilən “A-Muse-All” layihəsi çərçivəsində təşkil olunub. Layihənin milli koordinatoru İsgəndər Sadiq bildirib ki, layihə muzeylərin peşəkarlıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını atrıraraq, onların sosial öyrənmə və həmrəylikdə fəal iştirakını gücləndirir. 30 aylıq regional layihə Azərbaycan, Gürcüstan, Ermənitsan və Rusiya Federasiyasında həyata keçirilir.

Bu gün başlayan təlim alman eksperti Manfred Navrot tərəfindən aparılır. Azərbaycanın muzey işçilərinin qatıldığı təlim iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR