Bank Of Baku

“O olmasin, bu olsun” operettasının 100, eyni adlı filmin isə 55 illiyinə həsr olunmuş konfrans keçirilib

“O olmasin, bu olsun” operettasının 100, eyni adlı filmin isə 55 illiyinə həsr olunmuş konfrans keçirilib
# 22 aprel 2011 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəylinin Ev Muzeyində Üzeyir Hacıbəylinin “O olmasin, bu olsun” operettasının 100, “O olmasın, bu olsun” filminin isə 55 illiyinə həsr olunmuş konfrans keçirilib. APA-nın məluamtıan görə, tədbirdən əvvəl iştirakçılar muzeyin foyesində nümayiş olunan sərgi ilə tanış olublar. Sərgidə “O olmasın, bu olsun”la bağlı yeni tapılan nadir sənədlər ilk dəfə nümayişə çıxarılıb.

Konfransda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Ramil Qasımov və İlahə Əfəndiyevanın ifasında “O olmasın, bu olsun” operettasından bir parça ifa olunub.

Azərbaycan Bəstəkarlar İtttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, pedaqoq və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov, muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov və başqaları Üzeyir Hacıbəyli yaradıcılığından söhbət açıb, onun Azərbaycan mədəniyyətində müstəsna xidmətlərindən danışbılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR