Bank Of Baku

“Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı” mövzusunda konfrans keçirib

“Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı” mövzusunda konfrans keçirib
# 22 aprel 2011 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Ombudsman Aparatı ilə birlikdə 23 aprel - Ümumdünya Kitab və Əqli Mülkiyyət Günü ilə bağlı “Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, erməni ədəbi oğurluqlarının ifşa edilməsi, bu sahədə işlərin ardıcıl, peşəkar, sistemli şəkildə aparılması agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar agentliyin “Gəldim, gördüm... mənimsədim” kitabı ingilis və fransız dillərində yenidən nəşr olunub.

K. İmanov deyib ki, agentliyin məsləhəti və dəstəyi ilə “Azərbaycan musiqi alətləri” və “Uydurulmuş tarix (erməni soyqırımı)” kitabları Azərbaycan, ingilis, rus və türk dillərində çapdan buraxılıb: “Azərbaycan folklor nümunələri iki yüz ilə yaxındır ki, ermənilər tərəfindən oğurlanır. Bununla bağlı dəfələrlə UNESCO-ya, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və digər beynəlxalq təşkilatlara etiraz məktubları göndərilib. Bu sahədə tədbirlər daha da gücləndiriləcək. Biz artıq erməni plagiatı ilə mübarizə sahəsində müdafiədən hücuma keçməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR