Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi Lənkəranda “Evlənmə” tamaşasını oynayacaq

Musiqili Komediya Teatrının kollektivi Lənkəranda “Evlənmə” tamaşasını oynayacaq
# 10 iyun 2011 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanmış “Evlənmə” (N. V. Qoqol) komediyası iyunun 26-da Lənkəranda oynanılacaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Yeni teatr” Respublika Teatr Festivalı çərçivəsində göstəriləcək bu tamaşa Musiqili Komediya Teatrının bu mövsümdə son qastrol tamaşası olacaq.

Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Əsas rollarda xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, Arif Quliyev, əməkdar artist Ramiz Məmmədov, aktyorlar Qurban İsmayılov, Emma Məlikova, Çingiz Əhmədov, Elxan İsmayılov, Ülviyyə Əliyeva və başqaları çıxış edir.

İyunun 29-da isə kollektiv “Hərənin öz ulduzu” (S. Ələsgərov, İ. Məlikzadə) tamaşası ilə 101-ci mövsümünü yekunlaşdıracaq. Mövsümün son tamaşası əməkdar artist Elçin Həmidovun xatirəsinə həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR