Bank Of Baku

Bakı ilə Nəcəf arasında çarter aviareyslərinin açılması müzakirə edilib

Bakı ilə Nəcəf arasında çarter aviareyslərinin açılması müzakirə edilib
# 10 iyun 2011 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak arasında görüş keçirilib. APA-nın məlumatına görə, səfir iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə anlaşma Memorandumunun imzalanmasını təklif edib. Bu sahədə danışıqlar aparılması və Memorandumun imzalanması məqsədilə İraq turizm və tarixi abidələr nazirinin cari ilin iyul ayında Azərbaycana səfərinin planlaşdırılması müzakirə olunub. Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter aviareyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR