Bank Of Baku

İçərişəhərin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması komitəsinin siyahısına salınması müzakirə edilir

İçərişəhərin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması komitəsinin siyahısına salınması müzakirə edilir
# 13 iyun 2011 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İçərişəhərin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması komitəsinin siyahısına salınması üçün bu quruma müraciət edib. Bunu APA-ya açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Hüquqi qaydalar üzrə regional məsləhətçisi Maria Teresa Dutli deyib. O bildirib ki, İçərişəhərin gücləndirilmiş qorunan abidələr siyahısına daxil edilməsi ilə bağlı hazırda danışıqlar gedir: “Bu məsələ komitənin növbəti sessiyasına kimi müzakirə ediləcək və sonda qərar veriləcək. Komitəyə Azərbaycan tərəfindən 6 sorğu göndərilib, lakin sonradan o sorğulardan 4-ü geri çağırılıb. Bundan sonra Azərbaycan tərəfindən hansısa müraciətlər daxil olsa, həmin məsələlər də müzakirə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR