Bank Of Baku

Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək

Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək
# 13 iyun 2011 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan-doğma diyar” devizi altında Azərbaycanda yaşayan Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 14-18 iyun tarixlərində baş tutacaq.

Festival çərçivəsində Muzey Mərkəzində “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masanın keçirilməsi, daha sonra 5 dildə “Azərbaycanda yaşayan xalqların mahnıları” CD diskinin hazırlanması nəzərdə tutulub. Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayon mədəniyyət və turizm şöbələri tərəfindən azsaylı xalqların bədii kollektivləriin Bakı şəhərinə ezam edilməsi və festivalda iştirakı təmin olunub. Festivalın yekun konserti iyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Qeyd edək ki, eyni festival 2006 və 2008-ci illərdə də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR