Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəran, Göyçay, Yevlax və Mingəçevirdə çıxış edəcək

Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəran, Göyçay, Yevlax və Mingəçevirdə çıxış edəcək
# 16 iyun 2011 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda keçiriləcək “Yeni teatr” festivalına qatılacaq. Kollektiv bu məqsədlə iyunun 24-də Lənkəran şəhərinə yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, II Respublika Festivalında teatr Braziliya dramaturqu G. Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Əsas rolları əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Nofəl Vəliyev, aktyorlar Rövşən Abbasov, İradə Rəşidova və Vüsal Mehrəliyev ifa edir.

Festivaldan sonra teatr növbəti məzuniyyət ərəfəsində – iyulun 4-dən sonra Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə gedəcək. Kollektiv səfər zamanı milli dramaturgiyanın banisi M. F. Axundzadənin ölməz komediyalarından birini – “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR