Bank Of Baku

Əbülfəs Qarayev Venesiya Biennalisində azərbaycanlı rəssamın əsərinin sərgidən çıxarılması məsələsinə münasibət bildirib

Əbülfəs Qarayev Venesiya Biennalisində azərbaycanlı rəssamın əsərinin sərgidən çıxarılması məsələsinə münasibət bildirib
# 16 iyun 2011 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Artıq üçüncü dəfədir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur. Azərbaycan pavilyonunun təşkilinə maliyyə və təşkilati dəstəyini isə dövlət verir. Əgər burada söhbət hansısa siyasi maraqlardan, maneələrin yaranmasından gedərdisə, o zaman ümumiyyətlə, bu iş görülməzdi. Aydan Salahova və digər rəssamların əsərləri hazırlıq dövründə 6-8 ay müddətində müəlliflər, kuratorlar tərəfindən müzakirə olunub, hazırlıq gedib və sonra ora çıxarılıb”. Bu sözləri APA-nın sualına cavab olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə rəsmi açılışı keçirilən Venesiya Biennalisində azərbaycanlı rəssam Aydan Salahovanın əl işlərinin narazılıq yaratması ilə bağlı dünya mətbuatında dərc olunan məqalələrə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, eyni məsələ ilə bağlı elə bu gün Böyük Britaniya jurnalına müsahibə verib: “Biz qabaqcadan bilirdik ki, orada nə olacaq. Texniki səbəblərə görə, əsərlər daşınanda müəyyən zədələr aldı. Müəllifin öz qərarı ilə əsər örtüldü ki, o zədələr görünməsin. Məndən bu əsərin hansısa dini, milli mənsubiyyəti ilə bağlı olduğunu soruşdular. Əgər biz əsəri bağlamaq niyyətində olsaydıq, bunu əvvəlcədən qoymazdıq. Binanın birinci mərtəbəsində bu fiqur bağlanır, ikinci mərtəbəsində açıq qalırsa, burada hansı məntiq var? İstəsəydik, hamısını bağlayardıq”.

Nazir qeyd edib ki, bu məsələdə respublika rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və digər vacib qurumların adının çəkilməsi bir sensasiya yaratmaq meylidir: “Bu, müəllifin və komissarın qərarı idi. Amma bununla sərgimiz nə zəiflədi, nə də pis oldu. Orada üçüncü dəfə iştirak Azərbaycan incəsənətinin qazandığı uğurdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR