Bank Of Baku

Belçikada Kompendium Müəlliflərinin 10-cu Assambleyası keçirilib

Belçikada Kompendium Müəlliflərinin 10-cu Assambleyası keçirilib
# 16 iyun 2011 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu (“ERİK-arts”) və Belçika Hökuməti tərəfindən Gent şəhərində birgə təşkil olunmuş Kompendium Müəlliflərinin 10-cu Assambleyası və “Avropada fəal mədəni iştirak” mövzusunda beynəlxalq konqres keçirilib. APA-nın xəbərinə görə, tədbirlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini Kompendium layihəsinin milli müəllifi Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib.
Hər iki tədbirdə Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu (“ERİK-arts”), AMATEO Avropa Şəbəkəsi, İFAKKA, Avropa Mədəniyyət Fondu və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Finlandiya, Hollandiya, Xorvatiya, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstanın Kompendium üzrə milli müəllifləri iştirak ediblər. İlk gün təşkil olunan “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” milli müəlliflərin 10-cu Assambleyası zamanı layihənin daxili məsələləri, o cümlədən 2010-cu ildə qəbul olunmuş mündəricat dəyişiklikləri, Kompendiumda əks olunan mədəni hüquqlar və etika, keyfiyyət nəzarəti və insan resursları, “Açıq Kompendium” təşəbbüsünün inkişafı, milli məruzələrin tərcümə edilməsi və sair məsələlər müzakirə obyekti olub, müvafiq nəticələr çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR