Bank Of Baku

Azərbaycanlı balet ulduzu Praqa Operasının truppasına qəbul olunub

Azərbaycanlı balet ulduzu Praqa Operasının truppasına qəbul olunub
# 17 iyun 2011 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı balet ulduzu Ülvi Əzizov Çexiyanın Dövlət Praqa Operasının truppasına qəbul olunub. APA-nın məlumatına görə, Ü. Əzizovun yeni truppada ilk baleti "Jizel" olacaq. O, özünün ən sevimli Albert partiyasını oynayacaq.

Dövlət Praqa Operası Avropanın ən məşhur və ən gözəl teatrlardan biri hesab olunur. Burada müxtəlif truppalar uğurla çıxış edir. Teatr 1988-ci ildə inşa olunmuş köhnə alman teatrının binasında yerləşir. Praqa operası zəngin bədii ənənələri ilə məşhurdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR