Bank Of Baku

Bakıda “Azərbaycan-doğma diyar” devizi altında keçirilən azsaylı xalqların incəsənəti festivalının yekun konserti keçirilib

Bakıda “Azərbaycan-doğma diyar” devizi altında keçirilən azsaylı xalqların incəsənəti festivalının yekun konserti keçirilib
# 18 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan-doğma diyar” devizi altında keçirilən Azsaylı xalqların incəsənəti festivalının yekun konserti keçirilib. APA-nın məlumatına görə, festivalın yekun tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihənin respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qaldığını qeyd edib. Nazir bildirib ki, eyni festival 2006, 2008-ci illərdə də keçirilib və böyük uğur qazanıb: “Festival çərçivəsində “Azərbaycanın ənənəvi musiqi atlası” və “Azərbaycan etnik musiqisinə həsr olunmuş albom” hazırlanıb, respublikanın görkəmli alimlərinin iştirakı ilə təşkil edilmiş “Azsaylı xalqların mədəni irsi və müasirlik” və ²Milli azlıqların mədəni irsinin qorunması² mövzularında elmi konfranslarda maraqlı məruzələr dinlənilib. Bu zamana kimi keçirilən festivallarda respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və demək olar ki, bütün milli azlıq və etnik qrupları təmsil edən, 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektivin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır”.
Açılış nitqindən sonra Lənkəran, Şəki şəhəri, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabrandan Bakıya gəlmiş azsaylı xalqların bədii kollektivlərinin ifaları nümayiş etdirilib.
Qeyd edək ki, sözügedən festival Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR