Bank Of Baku

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Azərbaycanda səfərdədir

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Azərbaycanda səfərdədir
# 20 iyun 2011 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev N. Ruruanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq, mədəni təmasların artırılmasının mümkünlüyü, abidələrin mühafizəsi sahəsində əməkdaşlıq, sərgilərin təşkili və digər məsələlər müzakirə olunub.
Azərbaycan mədəniyyəti və turizmindəki son yeniliklərlə bağlı gürcüstanlı nazirə məlumat verən Ə. Qarayev, Gürcüstanla qarşılıqlı mədəni layihələrdən razılığını dilə gətirib.
N. Rurua isə Azərbaycanda olmasından məmnunluğunu dilə gətirib və bu görüşün böyük əhəmiyyət kəsb etdiyini deyib: “Biz hər zaman Azərbaycanla hər sahədə əməkdaşlığa hazırıq və bundan məmnunuq. Bu səfərimin də mədəniyyət sahəsində daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanıram. Azərbaycan mədəniyyyət və incəsənət ustalarını Gürcüstanda görməyə həmişə şadıq. Sizlər bizim hər zaman arzuolunan qonaqlarımız sırasındasınız”.
Qeyd edək ki, iyunun 21-də də davam edəcək səfər çərçivəsində N. Ruruanın ölkə rəhbərliyi ilə görüşü də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR