Bank Of Baku

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri: “Azərbaycanın mədəni sərvətləri həm də Gürcüstan mədəniyyətinin sərvəti sayılır”

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri: “Azərbaycanın mədəni sərvətləri həm də Gürcüstan mədəniyyətinin sərvəti sayılır”
# 20 iyun 2011 15:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua deyib. İki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirən nazir bildirib ki, dövlət Gürcüstanda mövcud olan folklor ansambllarının hamısını dəstəkləyir: “Nazirlik Azərbaycan dilində qəzet maliyyələşdirir və çap edir. Eləcə də peşəkarlarımız tarixi mədəni abidələr üzərində çalışırlar. Odur ki, mən heç bir problem görmürəm. Əlbəttə ki, həmişə daha çox şeylər etmək istənilir. Düşünürəm ki, proses düzgün istiqamətdə gedir”.

Azərbaycanı “Eurovision-2011” qələbəsi münasibəti ilə təıbrik edən Nikolas Rurua, Gürcüstanın bu müsabiqədə yüksək səviyyədə təmsil olunacağını da açıqlayıb: “Azərbaycanın bu qələbəsinə çox sevinirik. Sözsüz ki, qonşu və dost ölkə olaraq Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə təmsil olunacağıq. İstənilən məsələdə Azərbaycana köməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR