Bank Of Baku

Nazir Nikolas Rurua: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrında məskunlaşan əhali yaxın aylarda köçürüləcək”

Nazir Nikolas Rurua: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrında məskunlaşan əhali yaxın aylarda köçürüləcək”
# 20 iyun 2011 15:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Gürcüstanda fəaliyyət göstərən və bəzi problemlərlə üzləşən Azərbaycan teatrının məsələsi bir neçə aya müsbət həll olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua deyib. Nazir ciddi və həll olunmayacaq bir problem olmadığını söyləyib: “Bəli, problem mövcuddur. Amma məsələ çox yaxın müddət ərzində həllini tapacaq. Çünki ortada həll olunmayacaq ciddi suallar yoxdur. Bir neçə aydan sonra konkret irəliləyişlər olacaq”.

Nikolas Rurua teatrın binasında məskunlaşan əhalinin köçürüləcəyini bildirib: “Əhalinin köçürülməsi ilə bağlı obyektiv üsullar tapmağa çalışırıq. Orada uzun müddətdir Ukraynadan gələn qaçqınlar yaşayır. Onlarla razılaşmaq lazımdır. Bir müddət sonra eşidəcəksiniz ki, məsələ artıq həll olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR