Bank Of Baku

Azərbaycan kitabxanaçıları Minskdə ixtisasartırma və təcrübə keçiblər

Azərbaycan kitabxanaçıları Minskdə ixtisasartırma və təcrübə keçiblər
# 20 iyun 2011 16:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan kitabxanaçıları Minskdə ixtisasartırma və təcrübə keçiblər. Bu səfər Mədəniyyət və Turizm Nazirliyi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətininin tərkibində səfərdə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin aparıcı mühəndis-proqramçısı Tural Qədirov, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Yeganə Sadıqlı, Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev iştirak ediblər. Numayəndə heyəti proqrama uyğun olaraq "Kitabxana işinin müasir metod və metodikaları" mövzusunda keçirilmiş dəyirmi masa və diskusiyalara da qatılıblar.
Azərbaycan kitabxana mütəxəssisləri Belarus Respublikası Milli Kitabxanası və bir sıra kitabxanalarının fəaliyyəti ilə tanış olub və təcrübə mübadiləsi aparıblar. Görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində aparılan islahatlar barədə belaruslu mütəxəssislərə məlumat verilib. Görüşlərdə əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin işlənməsi barədə razılıqlar əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR