Bank Of Baku

Azərbaycan müğənniləri Türkdilli Ölkələrin Pop Musiqi Festivalında iştirak edəcəklər

Azərbaycan müğənniləri Türkdilli Ölkələrin Pop Musiqi Festivalında iştirak edəcəklər
# 21 iyun 2011 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 1-dən 8-nə kimi Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə “Silifke Musiqi Haftası” çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalı keçiriləcək. 1974-cü ildən keçirilən Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalına bu il 25-dən yuxarı ölkənin, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniya kimi ölkələrin iştirakçıları qatılacaqlar. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, festivalda Türkiyənin tanınmış müğənniləri Gülbən Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Haktan və Hadisə iştirak edəcəklər.

TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən “Silifke Musiqi Haftası” çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalında Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR