Bank Of Baku

“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərində nəşrlərinin təqdimatı keçirilib

“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərində nəşrlərinin təqdimatı keçirilib
# 22 iyun 2011 10:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, kitabda M. Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə qayğısı geniş əks olunub: “Səkkiz fəsildən ibarət kitabda M. Əliyevanın 1995-2010-cu illərdə mədəniyyətin inkişafı naminə ardıcıl fəaliyyəti öz əksini tapıb. Kitabın ərəb dilində variantı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə Suriyada nəşr edilib. Kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği istiqamətində böyük imkanlar açacaq”.

Nazir müavini deyib ki, son illər Azərbaycan mədəniyyəti uğurlu və dinamik inkişaf edir: “Fəaliyyət göstərdiyi illər ərzində Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görüb. Mehriban Əliyeva Azərbaycanın zəngin adət-ənənələrini, mədəni dəyərlərini ölkə daxilində və beynəlxalq aləmdə çox uğurla təmsil edir”.

Qeyd edək ki, hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR