Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri üçün Avropanın məşhur firmalarından yeni musiqi alətləri alınıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri üçün Avropanın məşhur firmalarından yeni musiqi alətləri alınıb
# 23 iyun 2011 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri üçün aparıcı Avropa firmalarının istehsalı olan yeni simli musiqi alətləri alınıb. Bu barədə APA-ya Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib. Orkestr üçün alınan musiqi alətləri “Mönnig”, “Shreiber”, “Karl Höfner”, “Gewa” (Almaniya), “Selmer” (Fransa), “Tomastic” (Avstriya) kimi firmaların istehsalıdır.

Teatrın direktoru Akif Məlikov bildirib ki, yeni simli musiqi alətlərinin alınması hədsiz dərəcədə sevindiricidir: “Bu müasir və ən keyfiyyətli musiqi alətlərində ifa etmək hər bir musiqiçinin arzusudur. Orkestr artistlərindən biri etiraf edirdi ki, “mən indiyə kimi nəinki belə musiqi alətində ifa etməmişəm, hətta bu cür aləti əlimə belə almamışam”. Opera və Balet Teatrının simfonik orkestrinin əsas yaradıcı kollektivlərdən biri olaraq mürəkkəb opera və balet tamaşalarını ifa etdiyini, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş adlı-sanlı dirijorlarla çalışdığını və akademik musiqi sənətimizi xaricdə təmsil etdiyini nəzərə alsaq, orkestrin yeni, həm də yüksək keyfiyyətli musiqi alətləri ilə təmin edilməsini teatrın həyatında çox önəmli bir hadisə kimi qiymətləndirmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR