Bank Of Baku

Qız Qalasının konservasiyası 2013-cü ilin payızında yekunlaşdırılacaq

Qız Qalasının konservasiyası 2013-cü ilin payızında yekunlaşdırılacaq
# 24 iyun 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Qız Qalası abidəsinin muzey konservasiyası UNESCO-nun standartları çərçivəsində aparılır və bu işlərin 2013-cü ilin payızında yekunlaşdırılması nəzərdə tutulub. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov deyib. O bildirib ki, Qız Qalasında bərpa və muzey konservasiya işlərinə bu ildən başlanıb və dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Nəzərdə tutulan işlər Avstriyanın tanınmış bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni, o cümlədən İçərişəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə “Atelier Erich Pummer” şirkəti və yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin xüsusi materiallarından və Abşeronun daş və daş tozlarından istifadə olunacaq. Bu materiallar Almaniyada laboratoriyaların müsbət rəyindən sonra tətbiq ediləcək.

M. Cabbarovun sözlərinə görə, konservasiya zamanı abidənin xarici görünüşü olduğu kimi saxlanılacaq və gələcək nəsillərə ötürüləcək: “Ona görə də konservasiya zamanı hər hansı yenidənqurmadan söhbət getmir. Qalanın konservasiyası 2013-cü ilin noyabrınadək başa çatdırılmalıdır. Hələlik qalanın çöl tərəfində işlər gedir. Hazırda buraya ziyarətçilərin gəlməsi üçün heç bir problem yoxdur. Qalaya sərbəst şəkildə girib-çıxmaq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR