Bank Of Baku

Rusiyanın “Kultura” telekanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş növbəti buraxılış hazırlayıb

Rusiyanın “Kultura” telekanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş növbəti buraxılış hazırlayıb
# 24 iyun 2011 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Rusiya Federasiyasının “Kultura” telekanalında Alla Siqalovanın müəllif və aparıcısı olduğu “Göz gözə” telelayihəsinin Azərbaycan mədəniyyətinə həsr edilmiş növbəti buraxılışı hazırlanıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib. İyunun 17-19-da televiziyanın 5 nəfərdən ibarət çəkiliş qrupu bu məqsədlə Azərbaycanda səfərdə olub.

Çəkilişin birinci günündə “Eurovision-2011”in qalibləri Nigar Camal və Eldar Qasımovun iştirakı ilə “Ulduz ilə mətbəx” epizodu lentə alınıb. Nigar və Eldar Alla Siqalova ilə birlikdə milli yemək hazırlayaraq həm mətbəx bacarıqları həm də öz ifaları ilə məharətlərini göstəriblər. Çəkilişlərin ikinci günü “Azərbaycan rəqsi epizodu” çəkilib. Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının ifasında milli rəqslər çəkiliş qrupu tərəfindən lentə alınıb. Sonra Filarmoniyanın binasında ansamblın bədii rəhbəri Afaq Məlikovadan müsahibə alınıb.

Proqramın “Milli geyim epizodu”nun hazırlanması üçün çəkilişin üçüncü günü Dövlət Rəqs Ansamblının rəqqasları açıq havada Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər.

Daha sonra çəkilişlər A. Siqalovanın təqdimatında Bakının gəzməli və görməli məkanlarında davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR