Bank Of Baku

Bakıda “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcək

Bakıda “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcək
# 25 iyun 2011 13:53 (UTC +04:00)
Bakı - APA. Bu il iyunun 28-dən iyulun 2-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Muzeydən APA-ya verilən məlumata görə, konfransda mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri və digər mövzular müzakirə ediləcək.

Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Bolqarıstan, Livan, Qazaxıstan və başqa ölkələrin tanınmış mütəxəssisləri mövzu ilə bağlı məruzələrlə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR