Bank Of Baku

Əbülfəs Qarayev mədəniyyət xadimlərinin, eləcə də sənət ocaqlarının və müəssisələrinin yubileylərinin, ildönümlərinin tez-tez qeyd olunması ilə bağlı xüsusi əmr imzalayıb

Əbülfəs Qarayev mədəniyyət xadimlərinin, eləcə də sənət ocaqlarının və müəssisələrinin yubileylərinin, ildönümlərinin tez-tez qeyd olunması ilə bağlı xüsusi əmr imzalayıb
# 28 iyun 2011 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət xadimlərinin, eləcə də sənət ocaqlarının və müəssisələrinin yubileylərinin, ildönümlərinin tez-tez qeyd olunmasına narazılıq əlaməti olaraq əmr imzalayıb. APA-nın əldə etdiyi məlumata görə, mədəniyyət və turizm naziri imzaladığı əmrdə bu tədbirlərin dövlət səviyyəsində qeyd olunmasına ardıcıllıq gətirilməsinin və onların keçirilməsinə nazirlik tərəfindən tənzimlənməsinin vacibliyini qeyd edib. Əmrdə qeyd olunub ki, son vaxtlar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə respublikanın yaradıcılıq ittifaqlarından, müxtəlif təşkilatlardan, ayrı-ayrı incəsənət xadimlərindən, bu və ya digər yubiley tarixlərinin keçirilməsi ilə bağlı məktublar, şifahi müraciətlər və təkliflər daxil olur: “Mədəniyyət və Turizm Nazirliyi qeyd edir ki, Azərbaycan milli-mədəniyyətinin inkişafında, ölkənin mədəni həyatının zənginləşməsində rolu olan hər bir yaradıcı şəxsin və təşkilatın yubiley tarixlərini qeyd etmək lazımdır və bu tədbirlərin çox yüksək səviyyədə qeyd olunması çox vacibdir. Milli mədəniyyətimizin inkişafı tarixində belə sənətkarların və ayrı-ayrı təşkilatların rolu danılmazdır. Gənc nəslin bu şəxsiyyətlərdən nümunə götürmələri, onların işinə ləyaqətlə davam etdirmələri üçün belə tədbirlərin vaxtaşırı qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Lakin hər beş ildən bir, bəzi hallarda 2-3 ildən bir eyni sənətçinin ad gününün, daha sonra yaradıcılıq gecəsinin və ya sənətlə məşğul olduğu tarixin ildönümünün və sair bu kimi başqa tədbirlərin keçirilməsi xoş təsir bağışlamır”.

Nazir Azərbaycan mədəniyyəti tarixində olan müasir dövrdə inkişafı və təbliğində rolu olan yaradıcı şəxslərin və təşkilatların yubiley tarixlərinin başlanğıc ilini və yubileylər arasında 10 ildən az olmayaraq ara qoyulmasını qeyd edib. Əmrdə yaradıcı təşkilat və müəssisələr üçün – 10, 20, 30, 50 və daha sonrakı illər göstərilib. Yaradıcı şəxslər üçün yubiley mərasimlərinin keçirilməsi isə 60-dan başlanması qeyd olunub. Eyni zamanda mədəniyyət və turizm naziri ayrı - ayrı görkəmli sənət xadimlərinin öz imkanları daxilində və ya sponsor vəsaiti hesabına fərdi qayda da yaradıcılıq fəaliyyətlərinin – 30-dan başlayaraq qeyd olunması üçün məhdudiyyət qoyulmadığı vurğulanıb. Bu əmr nazirin göstərişi ilə respublikada fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinə göndərilib. Əmrin icrasına isə nəzarət nazir müavini Ədalət Vəliyevə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR