Bank Of Baku

“Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi başa çatıb

“Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi başa çatıb
# 28 iyun 2011 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi başa çatıb. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, müsabiqə “Mozalan”a ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə keçirilib.

Müsabiqəyə peşəkar kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenarilər təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi müəyyənləşib. “Ağıllı” və ya “Nağdsız haqq-hesab” (müəllif: Məlikov Rüfət) birinci, “Lift” (müəllif: Elçin Musaoğlu) ikinci, “Heyvanlar aləminə səyahət” (müəllif: Lalə Abbasova) üçüncü yerə layiq görülüb.

Qalib ssenarilər “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR