Bank Of Baku

Bakıda “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir keçirilib – FOTO

Bakıda “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir keçirilib – <font color=red>FOTO</font>
# 28 iyun 2011 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir keçirilib. APA-nın məlumatına görə, festival çərçivəsində ilk tədbir L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycan xalçaları böyük İpək Yolunda” sərginin nümayişi və Cavad Tağızadənin “Xalçanın musiqi sehri” multimedia layihəsinin təqdimatı ilə başlayıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, bəşəriyyət tarixində nadir hadisələrdən olan Böyük İpək yolu Azərbaycandakı tarixi hadisələrə də böyük təsir göstərib. Xalq artisti xarici qonaqların Azərbaycan musiqisi ilə xalçalarının vəhdətinin canlı şahidi olacaqlarını söyləyib.

Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva xalça və musiqinin vəhdətindən bəhs edərək onların arasında olan qırılmaz mənəvi bağlardan söhbət açıb.

Qeyd edək ki, “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi bu gün axşam Şirvanşahlar Sarayında Ü. Hacıbəylinin “Əsli və Kərəm” muğam-operasının nümayişi ilə keçiriləcək. Bu opera 22 il Azərbaycan səhnəsində göstərilməyib və yenidən bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR