Bank Of Baku

Üzeyir Hacıbəylinin beşinci muğam-operası olan “Əsli və Kərəm” 22 il fasilədən sonra yenidən nümayiş olunacaq

Üzeyir Hacıbəylinin beşinci muğam-operası olan “Əsli və Kərəm” 22 il fasilədən sonra yenidən nümayiş olunacaq
# 28 iyun 2011 12:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəylinin beşinci muğam operası olan “Əsli və Kərəm” 22 illik fasilədən sonra yenidən Azərbaycan səhnəsində nümayiş olunacaq. APA-nın məlumatına görə, operanın konsert ifasının rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Əsli partiyasını Vüsalə Musayeva, Kərəm partiyasını İlkin Əhmədov, Qara Keşiş partiyasını isə xalq artisti Şahlar Quliyev ifa edəcək. “Əsli və Kərəm” operasının nümayişi Şirvanşahlar Sarayında, açıq hava altında baş tutacaq.

Xatırladaq ki, operanın ilk tamaşası 1912-ci ildə Bakıda Opera və Balet Teatrında nümayiş etdirilib. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir Hacıbəyli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR