Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə gerçəkləşəcək

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə gerçəkləşəcək
# 28 iyun 2011 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində yeni layihə gerçəkləşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün teatrda alman yazıçı-dramaturqu Patrik Züskindin “Kontrabas” pyesi əsasında eyni adlı tamaşa festivalda iştirak edən qonaqlara təqdim olunacaq. Tamaşada kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov, muğam parçalarını isə Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edəcək.

Festivala Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İçveçrə və Amerikadan qonaqlar dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR