Bank Of Baku

Bakıda eksperimental teatr festivalı keçiriləcək

Bakıda eksperimental teatr festivalı keçiriləcək
# 28 iyun 2011 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 14-dən 20-dək “2+1” adlı eksperimental teatr festivalı keçiriləcək. Teatr Xadimləri İttifaqından APA-ya verilən məlumata görə, festivalın məqsədi ölkə teatrlarında fəaliyyət göstərən rejissor, aktyor, rəssam və bəstəkarların teatr sahəsində yaradıcılıq potensialını maksimum üzə çıxarmaq, eksperimentlərə geniş meydan açaraq gənclərə daha çox imkan yaratmaq və bununla da milli teatr prosesində canlanma yaradıb, onun inkişafına yardımçı olmaqdır. Ölkəmizdə fəaliyyət göstərən bütün teatrlar hazırladıqları yeni tamaşalarla festivalda iştirak edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR