Bank Of Baku

Pianoçu Emil Əfrasiyaboğlunun etno-caz konserti keçirilib - FOTO

Pianoçu Emil Əfrasiyaboğlunun etno-caz konserti keçirilib - <font color=red>FOTO</font>
# 28 iyun 2011 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda xalq artisti Fərhad Bədəlbəylinin tələbəsi, pianoçu Emil Əfrasiyaboğlunun etno-caz konserti keçirilib. APA-nın məlumatına görə, konsert “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Konsertdə pianoçunu instrumental qrup müşayiət edib.

Emil Əfrasiyaboğlu festivalın məhz onun konserti ilə açılmasından şərəf duyduğunu söyləyib: “Çünki belə bir şey hər musiqiçiyə nəsib olmur. Mən də festivalın ruhuna uyğun olaraq bugünkü konsertimizdə Şərqlə Qərbin sintezi səpkisində musiqilər təqdim edəcəyəm”.

E. Əfrasiyaboğlu Vaqif Mustafazadənin əsərlərini və özünə məxsus olan caz interpretasiyalarını ifa edib. O, konsertə sonuncu bəstəsi olan “Xarakter” əsəri ilə yekun vurub. Konsertdə iştirak edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tələbəsini ayağa qalxaraq alqışlayıb və “Allahın möcüzəsisən” deyərək onu təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR