Bank Of Baku

Opera və Balet Teatrı 102-ci mövsümünə yekun vurub - FOTO

Opera və Balet Teatrı 102-ci mövsümünə yekun vurub - <font color=red>FOTO</font>
# 29 iyun 2011 09:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının premyerası keçirilib. APA-nın məlumatına görə, bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfədir səhnəyə qoyulub. Premyera böyük uğurla keçib. Tamaşada xarici qonaqlar, bir neçə ölkənin səfiri və diplomatları, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, musiqi xadimləri, ziyalılar iştirak edib.

Tamaşanın quruluşunu tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyak həyata keçirib. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, xormeystr əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub. Orkestr, xor və vokalçıların parlaq ifası, XIX əsr Siciliyasını təsvir edən əlvan səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və maraqlı edib. Əsas partiyaların ifaçıları - xalq artisti Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), solistlər Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) öz rollarının öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, teatr məhz bu tamaşa ilə 102-ci mövsümünü başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR