Bank Of Baku

Emil Əfrasiyaboğlu: “Azərbaycanı Montre Caz Festivalında ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”

Emil Əfrasiyaboğlu: “Azərbaycanı Montre Caz Festivalında ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”
# 29 iyun 2011 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanı Montre Caz Festivalında ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Bu, hər birimizin borcudur, çünki biz Azərbaycan gənciyik. Hesab edirəm ki, əsas məsələ yer tutmaq yox, orada iştirak etmək və ölkəmizi layiqincə təmsil etməkdir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanı məşhur “Montreux Jazz Festival-2011”də təmsil edəcək istedadlı pianoçu Emil Əfrasiyaboğlu deyib.

Pianoçu Montre Caz Festivalında iştiraka özü qərar verib və lazım olan sənədləri festival təşkilatçılarına göndərib: “Düşündüm ki, bu festivalda iştirakım yaxşı olardı. Diskimi və bütün lazımi sənədlərimi göndərdim. Nəticələri biləndə çox sevindik. 660 pianoçudan cəmi 10 nəfər müsabiqədə iştirak hüququ qazanıb. 10 nəfərin içində Azərbaycan təmsilçisi olaraq mən də varam. İştirakçılar arasında Kuba, Kanada, Ermənistan, Rusiya, Polşa pianoçuları da var”.

E. Əfrasiyaboğlu bildirib ki, festival iki mərhələdən - birinci yarımfinal və final ibarətdir. Azərbaycanlı təmsilçi iyulun 6-da yarımfinal mərhələsində çıxış edəcək. Final iyulun 7-də olacaq.

İsfar Sarabskinin uğurunu təkrarlayıb-təkrarlamayacağına gəlincə, pianoçu buna çalışacağını söyləyib: “Biz Azərbaycan vətəndaşıyıq. İstər İsfar Sarabski olsun, istər başqa pianoçu, Azərbaycanı təmsil edirsə, tanıtdırırsa, bu, şəxsən onun deyil, Azərbaycanın qələbəsidir. Bildiyiniz kimi, İsfar Sarabski və Şahin Növrəsli bu müsabiqədə iştirak ediblər. Şahin Növərsli Avstriya iştirakçısı ilə ikinci, Isfar Sarabski isə Gürcüstan pianoçusu ilə birinci yeri bölüşdürüb. Hər halda mən də yüksək nəticədə göstərəcəyimə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR