Bank Of Baku

Azərbaycan İstanbulda keçirilən 30-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunur – FOTO

Azərbaycan İstanbulda keçirilən 30-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunur – <font color=red>FOTO </font>
# 14 noyabr 2011 08:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İstanbulun “Tüyap” Sərgi Mərkəzində 30-cu Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, şöbənin məsləhətçisi Faiq Xudanlı, Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Yazıçılar Birliyinin katibi, ”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Səlim Babullaoğlu, həmçinin xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovdan ibarət muğam üçlüyü təmsil olunur.

İ. Hümbətov deyib ki, rəsmi açılış mərasimindən sonra iştirakçı ölkələrin və yerli nəşriyyatların hazırladıqları stendlərlə tanışlıq başlayıb. Həcminin böyüklüyünə görə xüsusilə fərqlənən bu sərgidə 10-dan artıq salonda kitab nümayişi həyata keçirilir.

Noyabrın 13-də sərgi çərçivəsində “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Vaqif Əliyev, Nizaməddin Şəmsizadə, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Səlim Babullaoğlu çıxış ediblər. Xalq artistləri, xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kaman ifaçısı Fəxrəddin Dadaşovun ifa etdikləri xalq mahnıları, muğam parçaları tamaşaçıların böyük sevgisi ilə qarşılanıb və dəfələrlə alqışlanıb. Bədii hissənin sonunda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxış edərək öz təbriklərini çatdırıb.

Sərgi noyabrın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR