Bank Of Baku

Nazir: ““Eurovision” müsabiqəsi öncəsi paytaxt otellərinin qiymətlərində artım olmaması üçün iş aparılır”

Nazir: ““Eurovision” müsabiqəsi öncəsi paytaxt otellərinin qiymətlərində artım olmaması üçün iş aparılır”
# 15 noyabr 2011 11:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin sonuna kimi Azərbaycanda fəaliyyət göstərən bütün otellər onlayn bronlaşdırma şəbəkəsinə daxil olacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda otellərin onlayn bronlaşdırma sistemi artıq 3 ildir mövcuddur: “Bakı Turizm İnformasiya Mərkəzi nəzdində bu şəbəkə uzun müddətdir çalışır. Biz bunu türkiyəli həmkarlarımızla birlikdə həyata keçiririk. Doğrusu, bəzi otellər o şəbəkəyə daxil olmaqdan hələ çəkinirlər. Lakin düşünürük ki, otellərin hamısı bu şəbəkəyə qoşulacaq”.

Ə. Qarayev qeyd edib ki, bu sistemin tamamlanması həm Bakıda keçiriləcək “Eurovision-2012” yarışması, həm də Azərbaycan turizminin inkişafı baxımından vacibdir. O, “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi paytaxt otellərinin qiymətlərində artım olmaması üçün danışıqlar aparıldığını da açıqlayıb: “Müsabiqə öncəsi otel qiymətləri ilə bağlı hazırda razılaşmalar gedir. Azərbaycan Turizm Assosiasiyası bu işlə ciddi məşğuldur və lazımi işlər görülür. Bu proses normal gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR