Bank Of Baku

Əbülfəs Qarayev: “Ermənilər hər zaman bizim mədəniyyətimizi mənimsəyəcəklər, çünki onlar buna möhtacdır”

Əbülfəs Qarayev: “Ermənilər hər zaman bizim mədəniyyətimizi mənimsəyəcəklər, çünki onlar buna möhtacdır”
# 15 noyabr 2011 12:26 (UTC +04:00)
Biz nə qədər şikayət və etirazlar etsək də, onlar bu addımlarından vaz keçməyəcəklər. Çünki, onlar buna möhtacdırlar”. APA-nın məlumatına görə, bu açıqlamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” musiqi yarışması zamanı erməni təmsilçisinin ifa edəcəyi mahnıda milli motivlərimizin olacağı təqdirdə Azərbaycan tərəfinin şikayət edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.

Nazir sözlərində Azərbaycan mədəniyyətinin çox zəngin olduğunu və başqalarının mədəniyyətini mənimsəməyə ehtiyac duymadığımızı deyib: “Bizə bu lazım deyil. Amma sözsüz ki, ictimaiyyət ayıq olmalıdır. Hər kəs bu cür durumlarda etirazını bildirməlidir ki, onların mənimsəməyə çalışdığı nümunələr məhz Azərbaycan mədəniyyətinə məxsusdur. Bu tək Azərbaycan dövlətinin yox, hər bir Azərbaycan vətəndaşının vəzifəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR