Bank Of Baku

Yenidənqurma işləri başa çatan “Nizami” kinoteatrının rəsmi açılış mərasimi bu ayın sonunda keçiriləcək

Yenidənqurma işləri başa çatan “Nizami” kinoteatrının rəsmi açılış mərasimi bu ayın sonunda keçiriləcək
# 15 noyabr 2011 14:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın sonlarında Azərbaycanda yenidənqurma işləri yekunlaşan “Nizami” kinoteatrının rəsmi açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O bildirib ki, “Nizami” kinoteatrının açılış mərasimində ölkə başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı da nəzərdə tutulur: “Yeni tikilən və yenidən qurulan Azərbaycan mədəniyyət ocaqlarının açılışında olduğu kimi, “Nizami” kinoteatrının açılış mərasimində də cənab prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakını gözləyirik. Artıq biz buna tam hazırıq. Ölkə başçısı təşrif buyurduqdan sonra yenidən qurulan “Nizami” kinoteatrında tədbir həyata keçirib bütün mətbuatı oradakı yeniliklərlə tanış etmək fikrindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR